AZ

Gəncədə evdə yanğın olub, bir nəfər ölüb

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı ev sahibi 1960-cı il təvəllüdlü Z.Məmmədov tüstüdən zəhərlənərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır

Seçilən
64
3
apa.az

7Mənbələr