AZ

Azərbaycanlı futbolçu Türkiyə klubu ilə anlaşdı

Azərbaycanlı futbolçu Denis Edilov karyerasını Türkiyədə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, ötən ilin yanvarında II Liqa klubu “Quba”dan “Qarabağ”a transfer olunan 20 yaşlı yarımmüdafiəçi qardaş ölkənin Həvəskarlar Liqasında çıxış edən “Konyagücü” klubu ilə anlaşıb.

Konya təmsilçisi futbolçumuzun keçidini sosial şəbəkə hesabı üzərindən elan edib.

Xatırladaq ki, "Qarabağ"ın əvəzedici komandasında yarım mövsüm çıxış edən Edilov futbolda ilk addımlarını Türkiyədə (“Karaman FK”) atıb. 

O, Milli qəhrəman Yelmar Edilovun nəvəsidir. 

Seçilən
45
1
fanat.az

2Mənbələr