Rusiya prezidenti Vladimir Putin ölkədən 100 qramdan çox çəkidə qızıl külçələrin ixracını qadağan edib.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Putin tərəfindən təsdiqlənmiş fərman ölkənin hüquqi informasiya sistemində dərc edilib.
Buna uyğun olaraq, şirkətlərə və ya fərdlərə ölkədən 100 qramdan çox çəkidə külçə ixrac etmək qadağan olunub.
Qeyd edək ki, Rusiyanın qızıl ehtiyatları 2025-ci ilin noyabr ayında ilk dəfə olaraq 300 milyard dolları keçib və bununla da ölkənin beynəlxalq ehtiyatlarında qızılın payı 40 faizdən çox olub.
Moskva Birjasında (MOEX) qiymətli metallar bazarında ümumi ticarət həcmi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 3 trilyon rublu (təxminən 38 milyard dollar) keçib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta