AZ

Rusiya prezidenti qızıl külçələrinin ixracını qadağan etdi

ain.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiya prezidenti Vladimir Putin ölkədən 100 qramdan çox çəkidə qızıl külçələrinin ixracını qadağan edib.

Banco.az xəbər verir ki, Putin tərəfindən təsdiqlənmiş fərman ölkənin rəsmi hüquqi informasiya sistemində dərc edilib.

Qərara əsasən, şirkətlərə və fərdlərə 100 qramdan çox çəkidə qızıl külçələrin ixracı qadağandır.

Rusiyanın qızıl ehtiyatları 2025-ci ilin noyabr ayında ilk dəfə olaraq 300 milyard dolları keçib və bununla da ölkənin beynəlxalq ehtiyatlarında qızılın payı 40 faizdən çox olub.

Bildirilib ki, 2025-ci ildə Moskva Fond Birjasının (MOEX) qiymətli metallar bazarında ümumi ticarət həcmi təxminən 38 milyard dollar olmaqla 3 trilyon rublu keçib ki, bu da əvvəlki illə müqayisədə üç dəfədən çoxdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
2
banco.az

3Mənbələr