AZ

Tramp silah istehsalının sürətləndirilməsini əmr etdi

Prezident Donald Tramp ABŞ-da silah istehsalının sürətləndirilməsinə dair əmr imzalayıb.

Musavat.com xəbər verir ki, Tramp bu açıqlama ilə Respublikaçılar Partiyasının Nümayəndələr Palatasının Kampaniya Komitəsi tərəfindən təşkil edilən illik ianə toplama tədbirində çıxış edib.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatından danışan Tramp, ABŞ-ın "ən yaxşı silahlara" sahib olduğunu deyib: "Və əgər diqqət yetirmisinizsə, dedim ki, onları daha sürətli və daha çox miqdarda istehsal edin, çünki hamısının Amerikada istehsal olunmasına ehtiyacımız var".

Qeyd edək ki, Vaşinqton administrasiyası bu ayın əvvəlində BAE Systems, Boeing, Honeywell Aerospace, L3Harris Missile Solutions, Lockheed Martin, Northrop Grumman və Raytheon da daxil olmaqla aparıcı silah istehsalçılarının nümayəndələrinin silah istehsalını dörd dəfə artırmaq barədə razılığa gəldiyini açıqlayıb.

Musavat.com

Seçilən
34
4
musavat.com

7Mənbələr