AZ

Bu günün hava proqnozu

Bakı, 26 mart, AZƏRTAC

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, havanın temperaturu 12-17° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu 15-20° isti olacaq. Dağlarda isə 7-12° isti gözlənilir.

Seçilən
76
17
azertag.az

10Mənbələr