AZ

Arbeloa ofisiantlıq etdi - MS üzərində qələbənin qeyri-adi mükafatı

"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloanın qələbə qazanan oyunçularını mükafatlandırdığı məlum olub. 

Fanat.Az xəbər verir ki, o, məşqə səhər yeməyi gətirərək onu yetirmələrinə özü paylayıb.

İnformasiyanı "El Chiringuito" yayıb. Mənbənin məlumatına görə, Çempionlar Liqasının 1/4 finalına yüksəldikdən sonra mütəxəssis ponçik və kruassandan ibarət səhər yeməyini şəxsən servis edib. 

Arbeloa 2026-cı ilin yanvar ayından, Xabi Alonsonun istefasından bəri "Real Madrid"i çalışdırır. Bundan əvvəl ispaniyalı mütəxəssis klubun ikinci komandasına rəhbərlik edib.

Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid" "Mançester Siti"ni məğlub edərək ümumi hesabda 5:1 qalib gəlib. Komanda La Liqada 29 oyundan sonra 69 xalla ikinci yerdədir. "Real Madrid"in növbəti oyunu 4 apreldə "Malyorka"ya qarşı olacaq.

Mirağa

Seçilən
18
1
fanat.az

2Mənbələr