AZ

Alim gündə bir qədəh şərabın faydası haqqında mifi alt üst etdi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bir çoxlarının inandığı "gündə bir qədəh şərab sağlamlığa, xüsusən də beyin fəaliyyətinə faydalıdır" fikri elmi əsasını itirir. Biologiya elmləri doktoru Aleksey Moskalyov bildirir ki, mülayim dərəcədə alkoqol qəbulunun müsbət təsirləri haqqında deyilənlər sadəcə mifdir.Alimin sözlərinə görə, alkoqolun təsirləri ilə bağlı yüzə yaxın elmi işin analizi bu vərdişin heç bir real faydasının olmadığını üzə çıxarıb. Britaniyanın "UK Biobank" layihəsi çərçivəsində aparılan genişmiqyaslı MRT tədqiqatları göstərib ki, gündəlik cəmi 1-2 porsiya alkoqol qəbul edən şəxslərdə belə beyindəki boz və ağ maddənin həcmində mənfi dəyişikliklər müşahidə olunur. Doza artdıqca bu zərərli təsir daha da güclənir. 2025-ci ildə aparılan digər tədqiqat isə sübut edib ki, əvvəllər şərabın "qoruyucu" təsiri kimi qələmə verilən nəticələr əslində insanların gəlir səviyyəsi, təhsili və həyat tərzi ilə bağlı olub, yəni alkoqolun özü ilə birbaşa əlaqəsi yoxdur.Moskalyov vurğulayır ki, beyin sağlamlığını qorumağın yeganə yolu şərab deyil, düzgün qidalanma prinsipləridir. Bura bol meyvə-tərəvəz, tam taxıllı məhsullar, azyağlı süd məhsulları, balıq və quş əti daxildir. Həmçinin duz və şəkər istehlakını minimuma endirmək ən effektiv qorunma üsuludur.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
demokrat.az

1Mənbələr