AZ

Tramp: İran tərəfi razılaşma bağlamaq istəyir, lakin bunu açıq deməkdən çəkinirlər

BAKI, 26 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında danışıqların davam etdiyini bildirib.

Teleqraf xəbər verir ki,Tramp bu barədə Respublikaçılar Partiyasının Nümayəndələr Palatasına seçkilər üzrə komitəsinin təşkil etdiyi illik ianə tədbirində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, İran ABŞ ilə razılaşma əldə etməkdə maraqlıdır.

“Onlar danışıqlarda iştirak edirlər və razılaşma bağlamaq istəyirlər, lakin bunu açıq deməkdən çəkinirlər”, – deyə Tramp bildirib.

Seçilən
90
teleqraf.com

1Mənbələr