AZ

AÇ: Millimiz darmadağına üzüldü

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.

Fanat.Az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirib.

Kaunasdakı "Raudondvario" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:0.

Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.

Seçilən
0
5
fanat.az

10Mənbələr