Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk raunduna start verir.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, B Liqasının altıncı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Kaunasdakı "Raudondvario" stadionunda start götürəcək. Matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.