AZ

"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər

style='margin-bottom:10px;'>

"Barselona" rəhbərliyi hücum xəttini gücləndirmək üçün "Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenin transferi variantını nəzərdən keçirir.

QOL.az xəbər verir ki, "Mundo Deportivo" nəşrinin məlumatına görə, Kataloniya təmsilçisi "Atletiko"nun forvardı Xulian Alvaresin transferi baş tutmayacağı təqdirdə nigeriyalı hücumçuya yönələcək. Alvares hələ də klubun prioritet hədəfi olsa da, onun London "Arsenal"ına keçid ehtimalı kataloniyalıları ehtiyat varianta əl atmağa məcbur edib. 

Qeyd edək ki, Osimhenin "Napoli"də çıxış etdiyi vaxtlarda nümayiş etdirdiyi çətin xarakteri əsas problem hesab olunsa da, baş məşqçi Hans-Diter Flikin sərt intizam qaydalarının bunun öhdəsindən gələcəyi gözlənilir.

Xatırladaq ki, 2025-ci ilin yayında 75 milyon avro qarşılığında "Qalatasaray"a keçən Osimhen cari mövsümdə meydana çıxdığı 29 matçda 19 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
42
teleqraf.com

1Mənbələr