AZ

Rusiya İrana 300 ton dərman göndərir – marşrut Azərbaycandan keçir » AzadMedia.az


Rusiya Fövqəladə Hallar Nazirliyi cümə axşamı İrana Azərbaycan ərazisindən keçməklə ikinci humanitar yardım partiyasını göndərəcək. Bu barədə Rusiyanın Bakıda yerləşən səfirliyi məlumat verib.
Yükün tərkibinə 300 tondan artıq dərman vasitələri daxildir. Humanitar yardım cümə axşamı Bakıda yerləşən Abşeron dəmiryolu stansiyasına çatdırılacaq və oradan yük avtomobilləri ilə İrana göndəriləcək.
Qeyd edək ki, ilk humanitar yardım partiyası martın 12-də İrana yola salınmışdı. Həmin göndəriş də Azərbaycan üzərindən həyata keçirilmişdi.
Seçilən
34
1
azadmedia.az

2Mənbələr