ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın İranla müharibəsi Şimali Koreyanın nüvə silahlarını saxlamaq qərarının doğru olduğunu sübut etdi.
Azpost.info-nun məlumatına görə, bu sözləri Şimali Koreya lideri Kim Çen In Ali Xalq Məclisindəki çıxışında bildirib.
Kim Çen In Vaşinqtonu “dövlət terrorizmi və təcavüzü”ndə günahlandırıb.
“Mövcud vəziyyət Şimali Koreyanın ABŞ-ın təzyiqi və şirin dil tökərək nüvə arsenalından imtina etməyə yönəlmiş danışıqları rədd etmək üçün bütün əsaslarının olduğunu açıq şəkildə sübut edir”- deyə Kim Çen In bildirib.
O əlavə edib ki, Şimali Koreyanın nüvə statusu artıq “geri dönməzdir”.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.