AZ

Qeyri-adi evcil heyvanlara maraq artıb

Çində sürətlə böyüyən ekzotik ev heyvanları bazarı, xüsusilə gənclərin marağı ilə genişlənməkdə davam edir. 

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Çində təxminən 17 milyon insan ekzotik heyvan saxlayır.

Ölkənin müxtəlif bölgələrindən gələn çoxsaylı ziyarətçilər sərgidə pişik və itlərdən daha çox ekzotik heyvanların ön planda olduğu müşahidə edilib.

Məlumata görə, sürətlə genişlənən ekzotik ev heyvanları sektorunun bazar həcmi 10 milyard yuanı (təxminən 1 milyard 450 milyon dollar) ötüb.

Belə ki, ölkədə 17 milyona yaxın insan ekzotik heyvan saxlayır. Lakin heyvan hüquqları təşkilatları bu sahədə rifah standartlarının yetərli olmadığını bildirərək xəbərdarlıq edir.

Qeyri-adi ev heyvanları xüsusilə gənclər arasında populyarlıq qazanıb. Sosial şəbəkələrdə bu heyvanların saxlanması ilə bağlı videolar geniş auditoriyaya çatır.

Sərgidə ilanlar və gekonlar da böyük maraqla qarşılanıb. Baxmağa gələnlər ilanların qorxulu canlılar olmadığını göstərmək və bu barədə formalaşmış stereotipləri dəyişmək istədiklərini bildirib.

Çin Dövlət Təhlükəsizliyi Nazirliyi isə ekzotik heyvan trendinin müəyyən təhlükəsizlik riskləri yaratdığı barədə xəbərdarlıq edib.

Bildirilib ki, bu heyvanların alqı-satqısı, saxlanılması və təbiətə buraxılması müxtəlif risklər daşıyır.

Mütəxəssislər ekzotik heyvanların xəstəlik daşıma ehtimalına da diqqət çəkir. COVID-19 pandemiyasından sonra bu narahatlıqlar daha da artıb.

Bundan əlavə, təbiətə buraxılan ekzotik növlərin sürətlə çoxalaraq ekosistemə zərər verə və bioloji tarazlığı poza biləcəyi vurğulanır.

Həmminin, bəzi alıcılar əldə etdikləri heyvanlar barədə kifayət qədər məlumatlı deyil. Hansı növlərin qanuni olduğu, baxım çətinlikləri və uzunmüddətli xərclər kimi məsələlərdə ciddi informasiya çatışmazlığı mövcuddur.

Sərgi iştirakçılarından bəziləri də ekzotik heyvanların insanların yaşayış mühitinə daxil edilməsinin müəyyən nəticələr doğura biləcəyini qəbul etsələr də, bu heyvanlara olan maraqlarının davam etdiyini bildirirlər.

Seçilən
26
19
cebheinfo.az

10Mənbələr