AZ

Qədim dövrdən bəri insanların həyat tərzinə çevrilən balıqçılıq ekoloji problemlərlə azalmaqdadır Video

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qədim Bakıda balıqçılığın tarixini əks etdirən tor və qayıq nümayiş etdirilir. Bilirik ki, Bakı kəndlərində xüsusilə Buzovna, Bilgəh, Nardaran, Hövsan, Zirə, Mərdəkan, Şüvəlanda balıqçılıq uzun illər əvvəl meydana gəlib. Bu kəndlərdə balıqçılıq insanların həyat tərzi idi.

Arxeoloji araşdırmalar Bakı kəndlərində balıqçılığın böyük tarixə malik olduğunu sübut edir. Tarixi mənbələrə görə, XIX əsrdə Bakı kəndlərində balıqçılğın yüksəliş dövrü olub. 1990-cı illərdə balıqçılıq da tənəzzülə uğradı. Dənizin səviyyəsi dəyişdi, ekoloji problemlər meydana çıxdı. Hətta balıq növləri də azalmağa başladı.

Balıqçılığı sevən çox olsa da, balıqçıların da öz qorxuları vardı. Dəniz, gedib-qayıda bilməmək, boş qayıtmaq. Hər bir balıqçı bu hissləri yaşayıb. Hava qaralır, sən yolu itirirsən, necə qayıdacaqsan? Və yaxud getdiyin zaman dəniz sakitdir, qayıdan zaman da sakit olacaqmı?

90-cı illərə qədər Xəzər Bakı kəndləri üçün sadəcə dəniz deyildi, çörək idi, nəfəs idi. Bu gün çox az sayda balıqçı var. Qoyulan qanunlar, məhdudiyyətlər balıqçılığa daa öz təsirini göstərib. Daha əvvəlki kimi günlərini dənizdə keçirib, balıq tutulan balıqçılar da yoxdur. Çünki bilirlər ki, onları böyük cərimələr gözləyə bilər.

Bu günün balıqçılarının gücü qırmağa çatır. Sahildə oturub saatlarla qırmağına balıq düşməsini gözləyirlər.

Ümumiyyətlə, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qədim Azərbaycanla bağlı çoxlu tarixi faktlarla qarşılaşa bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr