AZ

Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti yarım milyondan baha satıldı

Hazırda şərti cəza çəkən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakının mərkəzində yerləşən müsadirə edilmiş obyekti satılıb.

Qaziler.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 450 min manata hərraca çıxarılan qeyri-yaşayış sahəsini 600 min manata alıblar.

Səbail rayonunun Azadlıq prospektindəki həmin obyektin sahəsi 50.6 kv.m olub. İcra məmuru əmlakı ilk hərracda satıb.

Qeyd edək ki, S.Müslümov 27 milyon manat mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı ödədiyi üçün ona şərti cəza verilib. Əlavə olaraq onun çox sayda əmlakı müsadirə edilib.

Seçilən
19
20
qaziler.az

10Mənbələr