AZ

Məktəbdən evə qayıdan 6 yaşlı uşağa sahibsiz itlər hücum edib

Türkiyənin Eyüpsultan bölgəsində məktəbdən servislə evə qayıdan 6 yaşlı qız uşağı avtomobildən düşdükdən sonra sahibsiz itlərin hücumuna məruz qalıb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəstəxanaya aparılan qız uşağı müalicədən sonra evə buraxılıb.

Atası Musab Alsuleiman bildirib ki, itlər həm qıza, həm də özünə hücum edib və onları daş ataraq dayandırıblar.

Həkimlər quduzluq ehtimalına qarşı uşağa peyvənd tətbiq ediblər.

Eyüpsultan Bələdiyyəsinə bağlı qruplar hadisə yerindəki itləri toplamağa çalışır.

Seçilən
28
azedu.az

1Mənbələr