AZ

Plastik qablar kişilik hormonunu azaldırmış

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əvvəllər plastik dedikdə ağla sadəcə mətbəxdə unudulan qablar gəlirdi. İndi isə vəziyyət daha təhlükəli və görünməz olub. Plastik hissəciklər indi içdiyimiz suya, yediyimiz qidaya, nəfəs aldığımız havaya və hətta qanımıza qədər nüfuz edir. Ahmet Yavuz Balcı deyir ki, mikroplastiklər yalnız ətraf mühiti çirkləndirmir, həm də hormon sistemimizə təsir edərək xüsusilə kişilərdə testosteron səviyyəsini azaldır.Demokrat.az xəbər verir ki, testosteron orqanizmdə sadəcə bir hormon deyil. O, ürək-damar sağlamlığından enerji səviyyəsinə, əzələ gücündən reproduktiv funksiyaya qədər bir çox prosesin əsasını təşkil edir. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, mikroplastiklər hormon zəncirini pozur və iltihabi reaksiyaları artırır. Kişilərdə bu, spermanın keyfiyyətinin düşməsi və hormon istehsalının zəifləməsi ilə nəticələnir. Ekspertlər bildirir ki, testosteronun azalması ürək-damar xəstəlikləri riskini də artırır.Qadınlar da təhlükədən yan keçmirlər. Plastik hissəcikləri hormonal balansı poza, yumurtalıq funksiyasını zəiflədə və sonsuzluq riskini yüksəldə bilər. Beləliklə, mikroplastiklər həm fiziki sağlamlığımızı, həm də gələcək nəsillərin sağlamlığını təhlükəyə atır. Yuxusuzluq, stress və hərəkətsizlik isə bu prosesi daha da sürətləndirir.Bəs qorunmaq üçün nə etmək lazımdır? Alimlər möcüzəvi üsul təqdim etmirlər, amma çəkinin tənzimlənməsi, müntəzəm fiziki fəaliyyət və keyfiyyətli yuxu ən etibarlı yollardır. Plastik qablardan və paketli məhsullardan uzaq durmaq da orqanizmin yükünü azaltmaq üçün vacibdir. Bu məsələ sadəcə ətraf mühit problemi deyil, birbaşa sağlamlığımızın məsələsidir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
demokrat.az

1Mənbələr