AZ

"Barselona" Torresi niyə satır? - Kataloniya klubunun planı açıqlandı

"Barselona" bu yay hücumçusu Ferran Torresi satmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.

Məlumata görə, "blauqrana" Torresin satışından əldə edəcəyi pulla iki hücumçu almağı planlaşdırır. Mənbə İspaniya nəhənginin 37 yaşlı polşalı forvard Robert Levandovskini də heyətdə saxlamaq istədiyini diqqətə çatdırıb.

Cari mövsüm "Barselona" forması ilə bütün turnirlərdə 40 matça çıxan Torres 16 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 26 yaşlı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Toğrul

 

Seçilən
12
1
fanat.az

2Mənbələr