AZ

Selin Dion yenidən səhnəyə qayıdır

Kanadalı məşhur müğənni Selin Dion 2020-ci ildən bəri tam konsert vermədikdən sonra bu ilin sonlarına doğru səhnəyə qayıtmağa hazırlaşır.

"Euronews"un xəbərinə görə,57 yaşlı sənətçiyə 2022-ci ildə hərəkət qabiliyyətinə və ifaçılıq bacarığına ciddi təsir edən, nadir və müalicəsi olmayan Stiff Person Sindromu (SPS) diaqnozu qoyulmuşdu.

Dion, sentyabr və oktyabr aylarında Parisdə "La Défense Arena"da həftədə iki konsertdən ibarət proqram planlaşdırır.

2024-cü ildə yayımlanan “I Am: Celine Dion” sənədli filmi onun bu xəstəliklə mübarizəsini işıqlandırır.

Qeyd edək ki, həmin il Dion, Paris Olimpiadasında Edit Piafın “Hymne À L’Amour” mahnısını Eyfel qülləsindən səsləndirmişdi.

Seçilən
49
kulis.az

1Mənbələr