AZ

Əflatun Amaşov avtomobil qəzasına düşüb

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Xalq qəzeti”nin baş redaktoru, tanınmış jurnalist Əflatun Amaşov avtomobil qəzasına düşüb.

Azpost.info bildirir ki, Bakı-Şamaxı yolunda onun avtomobili aşıb. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Hadisə vaxtı Ə.Amaşov xəsarət almasa da, yanındakı sərnişin yüngül zədə alıb.

Hadisə ilə bağlı “Yeni Sabah”a danışan Əflatun Amaşovun oğlu Orxan Amaşov bildirib ki, hazırda atasının səhhəti yaxşıdır: “Atamın vəziyyəti yaxşıdır. Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
18
azpost.info

10Mənbələr