AZ

İsrail Tehranda qanadlı raketlər istehsal edən zavodları bombalayıb

Bakı. Trend:

İsrail Hava Qüvvələri Tehranda qanadlı ballistik raketlərinistehsl olunduğu iki strateji obyekti bombalayıb.

Trend “Times ofIsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrail MüdafiəQüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

IDF-in məlumatına görə, vurulan obyektlər İranın MüdafiəNazirliyinin tabeliyində olub və dənizdə və quruda hədəflərin çevikşəkildə məhv edilməsinə imkan verən hərbi dəniz qüvvələri üçünnəzərdə tutulmuş uzaq mənzilli qanadlı ballistik raketlər istehsaledib.

Qeyd edilir ki, hava zərbələri İsrailin Hərbi Kəşfiyyat İdarəsivə Hərbi Dəniz Kəşfiyyat Bölməsinin kəşfiyyat məlumatları əsasındaendirilib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun BaşQərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabıKeşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, AliLiderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiənaziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali MilliTəhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatınınkomandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumlarızamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
15
8
az.trend.az

10Mənbələr