AZ

Abbas Kiarostaminin evi ABŞ ın hava hücumları nəticəsində zərər gördü

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünya kinosunun ən parlaq simalarından biri, əfsanəvi iranlı rejissor Abbas Kiarostaminin (1940-2016) vaxtilə yaşadığı ev Amerika-İsrail hava hücumları nəticəsində ciddi zərər görüb.

​Kulis.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai öz "X" hesabında məlumat verib.

​İsmayıl Baqai öz paylaşımında hücumun mahiyyətini tənqid edərək vurğulayıb:​

"1997-ci ildə öz şahəsəri olan 'Albalı dadı' filminə görə Kann Kinofestivalının 'Qızıl Palma Budağı' mükafatını alan məşhur iranlı rejissor Abbas Kiarostamini xatırlayırsınızmı? Hətta onun evi də Amerika-İsrail təcavüzkarlarının bombardmanından yayına bilmədi. Kiarostaminin evi Birləşmiş Ştatlar üçün "qaçılmaz təhlükənin" bir hissəsi idimi?!"

Baqai qeyd edib ki, bu cür hərəkətlər təcavüzün sadəcə bir dövlətə deyil, həm də "çox dərin kökləri olan mədəniyyətə, sivilizasiyaya və kimliyə" qarşı yönəldiyini açıq şəkildə nümayiş etdirir.

​Qeyd edək ki, Abbas Kiarostami 2016-cı il iyulun 4-də xərçəng xəstəliyindən vəfat etsə də, onun irsi dünya kinosu üçün toxunulmaz bir xəzinə hesab olunur. Rejissora dünya şöhrəti gətirən əsas hadisə 1997-ci ildə "Albalı dadı" filminin Kann festivalında ən yüksək mükafatı alması olub.

Soyqırım günü doğulan, terrorda həlak olan dahi

Gözlərimə doldurmuşam yağışı... - Nüsrət Kəsəmənli

Atalı günlər - Rüstəm Dastanoğlunun hekayəsi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
kulis.az

1Mənbələr