AZ

İsrail Livanın cənubunu Litani çayına qədər nəzarətə almaq istəyir

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda nəzarət zonasını genişləndirməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı İsrailin müdafiə naziri İsrail Kats məlumat verib. Oxuməni.az xəbər verir ki, "The New York Times" (NYT) qəzeti qeyd edib ki, bu, İran tərəfindən dəstəklənən Livanın radikal şiə hərəkatı "Hizbullah"a qarşı quru əməliyyatının gücləndiyini göstərir.

Kats vurğulayıb ki, İsrail Litani çayının cənubundakı ərazini nəzarətdə saxlayacaq. NYT yazır ki, SAXAL, ABŞ prezidenti Donald Trampın İranla müharibəni dayandırmaq üçün danışıqlar aparmağa çalışdığı müddətdə Livanın əhəmiyyətli bir hissəsinə nəzarət etmək üçün də zəmin hazırlayır.

Kats, "Livanın cənubundan təxliyə edilmiş yüz minlərlə sakinin, İsraillə Livan sərhədində yaşayan sakinlərinin təhlükəsizliyi təmin olunmayana qədər Litani çayının cənubuna qayıtmayacağını" qeyd edib.

Müdafiə naziri əlavə edib ki, İsrail "Hizbullah"ın tədarük üçün istifadə etdiyini iddia etdiyi çay üzərindəki beş körpünü dağıdıb. Qəzet isə dəqiqləşdirir ki, bu körpülər yerli mülki sakinlər üçün də həyati əhəmiyyət kəsb edir, çünki onlar xəstəxanalara getmək və dərman təminatı üçün bu keçidlərdən istifadə edirlər.

Almaz Həsənli

Seçilən
34
oxumeni.az

1Mənbələr