AZ

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Proqram təminatı ilə işləyən avtomobillər bir müddət sonra sıradan çıxa bilər.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, müasir avtomobillər artıq yalnız mühərrikdən ibarət deyil.
 

Onlar həm də proqram təminatı ilə idarə olunur. İstehsalçılar hər il yeni funksiyalar əlavə edir. Lakin 5 il əvvəl istehsal olunmuş avtomobillərin prosessorları bu əlavə yüklənməni daşımaqda çətinlik çəkə bilər.


Avtomobil elektriki Xaliq Əliməmmədov bildirib ki, bəzi hallarda proqram yenilənmələri elektrikli avtomobillərin batareya ömrünü qorumaq məqsədilə onların sürətlənmə gücünü və ya şarj sürətini gizli şəkildə azalda bilər.

Bəs ustanın "dolur" dediyi yaddaşı artırmaq mümkündürmü?

Xaliq Əliməmmədovun sözlərinə görə, avtomobillərin əyləc və təhlükəsizlik sistemləri bu cür yavaşlamalardan sığortalanıb, yəni proqram təminatında problem yaransa belə, sükan kilidlənmir.

Görünən odur ki, gələcəkdə avtomobil alarkən yalnız mühərrik gücünə deyil, həm də onun prosessor gücünə və əməliyyat yaddaşına diqqət yetirmək lazım gələcək. Əks halda, avtomobil bir neçə proqram yenilənməsindən sonra istifadəyə yararsız hala düşə bilər.

Daha ətraflı videoda:


Bizim.Media

Seçilən
11
3
bizim.media

4Mənbələr