AZ

Zərdabda avtomobil su kanalına aşıb

Yazını böyüt
Yazını kiçilt

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Zərdab–Kürdəmir avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hafta.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı maşında olan 2 nəfər ölüb, xəsarət alanların olduğu bildirilir.

Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
1
hafta.az

4Mənbələr