AZ

Bu ölkədə avtomobillərin arxa oturacaqları oğurlanır

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avtomobilin təkərlərinin, maqnitofon, katalizator və sair detalların oğurlanması heç kimə təəccüblü gəlmir.

Lakin bəzən başqa detallar da oğurlanır.

Avtosfer.az xəbər verir ki, Fransada nə qədər qəribə olsa da son vaxtlar avtomobillərin arxa oturacaqlarının oğurlanması dəb halını alıb.

Bu oğurluq başlıca olaraq şirkət avtomobilləri və lüks modellərdə baş verir.

Oğurluğun səbəbi də maraqlıdır. Standart avtomobillərdə arxa oturacaq 3 lüks avtomobillərdə isə 2 nəfər üçün nəzərdə tutulub.

Fransızlar arasında arxa oturacağı fərdiləşdirmək istəyənlərin də sayı artır. Lakin bunu qanuni yolla etmək baha başa gəlir: 1 dəst oturacaq təqribən 4000 avrodur (8000 min manat).

Oğurluq komplekt isə bundan 10 dəfə ucuz başa gəlir. Quraşdırılma xərci də 200 avronu keçmir.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
avtosfer.az

1Mənbələr