AZ

Ekzoplanetlərin mövcudluğunu aşkar etməyə imkan verən neyron şəbəkə hazırlanıb

Bakı. Trend:

Britaniya və Argentina astronomları əvvəllər astronomlara məlumolmayan yüzdən çox ekzoplanetin mövcudluğunu müəyyən etməyə imkanverən neyron şəbəkəsi hazırlayıblar. Bu uğur Yerə bənzərplanetlərin və digər nadir planet növlərinin axtarışında süniintellektdən istifadəyə yol açır.

Trend xəbər verir ki, bubarədə Böyük Britaniyanın Uorvik Universitetinin mətbuat xidmətiməlumat verib.

Uorvik Universitetinin astronomu Marin Lafarq bildirib: “Biz 118ekzoplanetin mövcudluğunu təsdiqləyə bildik. Bunun sayəsindəulduzlarından qeyri-adi dərəcədə yaxın məsafələrdə orbitdə fırlananplanetlərin ən ətraflı kataloqunu tərtib etdik. Bu da bizə tədqiqatüçün ən maraqlı obyektləri seçməyə kömək edəcək”.

Alimlər bu kəşfi 2018-ci ilin aprel ayında Kepler zondununəvəzinə orbitə buraxılan TESS (Transiting Exoplanet SurveyTelescope) teleskopunun təsvirlərinin avtomatik təhlili üçünhazırlanan alqoritmi sınaqdan keçirərkən ediblər.

Seçilən
37
12
az.trend.az

10Mənbələr