AZ

90 yaşlı qadın lotereyada 1,5 milyon avro uddu

Berlində 90 yaşlı təqaüdçü qadın lotereyada 1,5 milyon avro udub.


Manset.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.

O, 2019-cu ildən bəri müntəzəm olaraq lotereya oynayırmış. Bu dəfə o, sosial lotereyada mümkün olan maksimum mükafatı qazanıb.

Bu lotereya fondu təkcə mükafatları ödəməklə yanaşı, Almaniyada təqaüdçülər, qaçqınlar və əlilliyi olan insanlar üçün sosial layihələri də maliyyələşdirir.

Rbb-nin məlumatına görə, əvvəlki illərdə Almaniya üzrə 400 sosial layihəyə təxminən 70 milyon avro paylanıb. Alman mediası onun qazanmasını “sensasiya” adlandırıb – təqaüdçü qadın qazandığını 90 yaşının tamamında öyrənib.

Seçilən
20
6
manset.az

8Mənbələr