Danimarkada sol mərkəzçi blok parlament seçkilərində sağ mərkəzçilər üzərində cüzi üstünlük qazanıb.
"Report"un məlumatına görə, TV2 telekanalı bu barədə bülletenlərin 100 %-nin hesablanmasından sonra xəbər verib.
Nəticələrə görə, sol (qırmızı) blok 179 mandatdan 83-nü, sağ (mavi) blok isə 78-ni qazanıb. Hökumət qurmaq üçün hər iki koalisiyaya 14 yer qazanan Mötədil Partiyanın dəstəyi lazımdır.
Ən çox səsi sosial demokratlar toplayıb - 21,9 % (2022-ci il seçkiləri ilə müqayisədə 5,6 faiz bəndi azalma). Ən böyük sağçı partiya olan liberallar ("Venstre") 10,1 % səs toplayıb (-3,2 faiz bəndi).
Seçkilərdə iştirak 84 % olub.