AZ

Avtomobildən raketə: Volkswagen-in gizli planı üzə çıxdı

Almaniyanın avtomobil nəhəngi Volkswagen-in fəaliyyət istiqamətində ciddi dəyişiklik edə biləcəyi ilə bağlı diqqətçəkən məlumat yayılıb.

Musavat.com xəbər verir ki, şirkət İsrailin müdafiə sənayesi nəhəngi Rafael Advanced Defense Systems ilə danışıqlar aparır.

Məlumata görə, Osnabrük şəhərində yerləşən zavodun avtomobil istehsalından çıxarılaraq hava hücumundan müdafiə sistemi – “Dəmir günbəz” üçün komponentlərin hazırlanmasına yönəldilməsi müzakirə olunur.

Bu addımın arxasında Avropada artan təhlükəsizlik riskləri və müdafiə sənayesinə tələbatın yüksəlməsi dayanır. Ekspertlər hesab edir ki, belə bir qərar qəbul olunarsa, bu, yalnız Volkswagen üçün deyil, bütövlükdə Avropa sənayesi üçün yeni mərhələnin başlanğıcı ola bilər.

 

Musavat.com

Seçilən
60
musavat.com

1Mənbələr