BAKI, 25 mart. TELEQRAF
"Beynəlxalq hüquq NATO-nun Yuqoslaviyanı bombalamağa başladığı gün sona çatdı və sonrakı münaqişələr bu pozuntunun nəticəsidir".
Teleqraf xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Vranjedə NATO-nun Belqrada qarşı təcavüzünün başlamasının 27-ci ildönümü münasibətilə çıxışı zamanı bildirib.
"Əgər kimsə bu gün beynəlxalq hüququn niyə pozulduğunu soruşsa, yeganə düzgün cavab budur: 24 mart 1999-cu ildə verilmiş icazəyə görə! Niyə bu gün bəzi ölkələr ələ keçirilir? Yenə də cavab budur: 24 mart 1999-cu ildə tətbiq etdiyiniz təcrübəyə görə", - deyə Serbiya Prezidenti vurğulayıb.