AZ

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Türkiyədə “Kim milyonçu olmaq istəyir?” verilişində iştirakçılardan biri görünüşü ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Talha Özkaynak adlı iştirakçının 22 yaşında olmasına baxmayaraq, yaşlı görünməsi izləyicilər tərəfindən geniş müzakirələrə səbəb olub.  

Proqramın aparıcısı Oktay Kaynarca da iştirakçının yaşından böyük görünməsini təəccüblə qarşılayıb.

Özkaya isə bunu bığ-saqqalı ilə əlaqələndirib.


Bizim.Media

Seçilən
39
3
bizim.media

4Mənbələr