AZ

Balıq ovuna gedən dostlar qəzaya düşdü Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza Ələt-Astara magistralının rayonun Quyçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili “Mercedes Ateko” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan Salyan rayon sakinləri – 1986-cı il təvəllüdlü Zaur Ramazanov, 1981-ci il təvəllüdlü Zamin Həsənov və 1984-cü il təvəllüdlü Pərvin İslamov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, qəzaya düşən şəxslər dost olublar və balıq ovu üçün yola çıxıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Salyan Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 09:10 radələrində xəstəxananın Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi) şəxs hospitalizasiya olunub: “Müxtəlif bədən xəsarətləri alan yaralılara zəruri tibbi xidmət göstərilib.

Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

Surxay Şahbazov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
5
qafqazinfo.az

6Mənbələr