AZ

"Gənclərbirliyi"nin qapıçısı Portuqaliya milli komandasına dəvət aldı

Türkiyənin "Gənclərbirliyi" klubunun formasını geyinən Rikardo Velyo karyerasında böyük bir sıçrayışa imza atıb.

Fanat.Az xəbər verir ki, təcrübəli qapıçı Portuqaliya milli komandasının heyətinə cəlb edilib.

Belə ki, milli komandanın əsas qolkiperi Dioqu Koştanın zədələnməsi məşqçilər heyətini yeni seçim etməyə məcbur edib. Baş məşqçi Dioqu Koştanın yoxluğunda "Gənclərbirliyi"ndə göstərdiyi performansla diqqət çəkən Rikardo Velyoya etimad göstərmək qərarına gəlib.

Bu dəvət həm futbolçunun karyerası, həm də çıxış etdiyi klubun beynəlxalq nüfuzu baxımından mühüm hadisə kimi qiymətləndirilir.

Seçilən
10
1
fanat.az

2Mənbələr