AZ

Əraqçi: Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır

Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır.

 

“RTHK”-nin xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə telefon danışığında deyib.

 

O bildirib ki, Hörmüz boğazı hamı üçün açıqdır və gəmilər təhlükəsiz şəkildə keçə bilər, lakin İranla müharibə vəziyyətində olan ölkələr bu məsələdə nəzərə alınmır.

 

Van İ isə bütün tərəfləri sülh üçün hər bir imkandan və fürsətdən istifadə etməyə və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırıb.

 

O əlavə edib ki, gərginliyə səbəb olan məsələlər güc tətbiqi ilə yox, dialoq və danışıqlar yolu ilə həll olunmalıdır.

 

APA

Tarix: 24 Mart 2026, 19:30   
Seçilən
12
5
pravda.az

6Mənbələr