“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynu böyük ehtimalla komandada qalacaq.
90deqiqe.Az-ın məlumatına görə, Mançester təmsilçisi 20 yaşlı futbolçu ilə yeni müqavilə imzalamağa yaxındır. Tərəflər arasında danışıqlar bu ilin yanvar ayından davam edir.
Gözlənilir ki, futbolçu ilə yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Yarımmüdafiəçi ilə yeni müqavilənin imzalanması klub rəhbərliyi üçün əsas məsələlərdən biri hesab olunurdu. Buna səbəb futbolçunun baş məşqçi Maykl Karrikin rəhbərliyi altında komandanın əsas oyunçularından birinə çevrilməsidir.
Qeyd edək ki, Kobbi Maynu “Mançester Yunayted”in yetirməsidir. Onun hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
Cari mövsümdə yarımmüdafiəçi 24 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.