AZ

Bu ölkədə 300 illik qəbiristanlıqda “vampir” dəfnləri aşkarlandı

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

Polşada XVIII əsrə aid qəbiristanlıqda aparılan arxeoloji qazıntılar zamanı onlarla qeyri-adi dəfn nümunəsi aşkarlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Need To Know” nəşri məlumat yayıb.

Bildirilib ki, alimlər qəbiristanlıqda cəmiyyət tərəfindən qorxulan və ya qəbul edilməyən şəxslərin dəfn olunduğunu ehtimal edirlər. Tapılan məzarlarda cəsədlərin üzərinə oraq və qıfılların yerləşdirildiyi müəyyən edilib.

Araşdırmalar zamanı bəzi cəsədlərin üzüaşağı basdırıldığı, bəzilərinin boyun hissəsinə oraq qoyulduğu, digərlərinin isə bədəninin müxtəlif nahiyələrinə daşların yerləşdirildiyi üzə çıxıb.

Mütəxəssislərin fikrincə, bu cür dəfn üsulları qədim inanclarla bağlı olub və ölülərin dirilməsinin qarşısını almaq məqsədi daşıyıb. Araşdırmaçılar tapıntılarla "vampir"lərlə bağlı mifoloji təsəvvürlər arasında əlaqə olduğunu bildirirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
hurriyyet.az

10Mənbələr