AZ

İsveç Ukraynaya 25,8 milyon dollarlıq növbəti yardım paketi ayırır

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İsveç hökuməti 2026-cı il üçün Ukraynaya təxminən 240 milyon kron (25,8 milyon dollar) məbləğində yeni yardım paketini elan edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə İsveçin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, yardıma humanitar əməliyyatların aparılması üçün Ukrayna Qızıl Xaçına ayrılan 150 milyon kron (16,1 milyon dollar) daxildir.

Yardım paketində uşaqların ehtiyaclarına - ailə qayğısı sahəsində islahatların dəstəklənməsinə, psixoloji yardım proqramlarına və s. xüsusi diqqət yetirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
8
cebheinfo.az

9Mənbələr