AZ

“Qarabağ” “İmişli”nin qapıçısını istəyir

“İmişli” klubunun qapıçısı Andrey Sinenko karyerasını “Qarabağ”da davam etdirə bilər.

Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, bu barədə belaruslu qolkiperin meneceri Dmitri Xlebosolov məlumat verib.

O, Belarus mətbuatına açıqlamasında Ağdam klubu ilə danışıq aparıldığını gizlətməyib:

“Andrey hazırda statistikaya görə Azərbaycanda ən yaxşı qapıçılardan biridir. Mən onun “Qarabağ”a keçidi ilə bağlı danışıqlar aparmaq üçün tanınmış bir agentə səlahiyyət vermişəm. Mövsüm başa çatdıqdan sonra Andreyin daha yüksəksəviyyəli kluba keçməsi üçün bütün variantları nəzərdən keçirəcəyik”.

Xatırladaq ki, Sinenkonun “İmişli” ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
10
9
musavat.com

10Mənbələr