Olay.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dünyaca məşhur aktrisa Monika Belluçi qızı Leonie Kassellə birlikdə “Vogue Italia” jurnalı üçün kamera qarşısına keçib.
OLAY yazır ki, çəkiliş Parisdə aktrisanın yaşadığı mənzildə baş tutub.
Monika burada kiçik qızı ilə birlikdə yaşayır. İdeya da məhz mayda 16 yaşını tamamlayacaq Leonieyə məxsus olub. Çəkilişlərin Leonie üçün ilk böyük fotosessiya kimi yadda qalacağı bildirilib.
Aktrisanın qızı jurnala verdiyi müsahibəsində bu sözləri deyib:
“Son dəfə birlikdə çəkiləndə mən sənin bətnində idim. Mənim üçün böyümək həqiqətən çox gözəl bir şeydir və mən böyüyəcəyim günü səbirsizliklə gözləyirəm. Amma mənim yeganə kumirim bacım Deva Kasseldir. Mən həmişə ondan ilham almışam. Bacım bütün həyatım boyu kumirim olub. Bəzən ona elə baxırdım ki, sanki o, ilahədir”.
Qeyd edək ki, 60 yaşlı Monika Belluçinin iki qızı var. 22 yaşlı Deva və 16 yaşlı Leonie aktrisanın fransız aktyor Vensan Kassellə nikahından dünyaya gəlib. Onların evliliyi 14 il davam edib.





Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.