“Qalatasaray”ın əfsanələrindən olan qapıçı Fernando Muslera yenidən Uruqvay millisinə qayıdıb.
İdmanxeber.az xəbər verir ki, məlumatı Uruqvay Futbol Federasiyası yayıb.
Argentinanın “Estudiantes” klubunda forma geyinən 39 yaşlı “çərçivə” qoruyucusu 2024-cü ildə yığma karyerasını bitirmişdi.
Ölkəsinin seçməsində 2009-cu ildə debüt edən Muslera milli forma ilə 133 matça çıxıb. O, 4 dünya çempionatında (2010, 2014, 2018, 2022) iştirakçısıdır. Myslera 2011-ci ildə Amerika Kubokunun qalibi olub.