AZ

Muslera yenidən millidə

“Qalatasaray”ın əfsanələrindən olan qapıçı Fernando Muslera yenidən Uruqvay millisinə qayıdıb.

İdmanxeber.az xəbər verir ki, məlumatı Uruqvay Futbol Federasiyası yayıb.

Argentinanın “Estudiantes” klubunda forma geyinən 39 yaşlı “çərçivə” qoruyucusu 2024-cü ildə yığma karyerasını bitirmişdi.

Ölkəsinin seçməsində 2009-cu ildə debüt edən Muslera milli forma ilə 133 matça çıxıb. O, 4 dünya çempionatında (2010, 2014, 2018, 2022) iştirakçısıdır. Myslera 2011-ci ildə Amerika Kubokunun qalibi olub.

Seçilən
10
2
idmanxeber.az

3Mənbələr