AZ

Fernando Muslera milli karyerasını bərpa etdi -RƏSMİ

"Qalatasaray"ın canlı əfsanələrindən olan qapıçı Fernando Muslera yenidən Uruqvay millisinə qayıdıb.

Fanat.Az xəbər verir ki, məlumatı Uruqvay Futbol Federasiyası yayıb.

Argentinanın "Estudiantes" klubunda forma geyinən 39 yaşlı "çərçivə" qoruyucusu 2024-cü ildə yığma karyerasını bitirmişdi.

Ölkəsinin seçməsində 2009-cu ildə debüt edən Muslera milli forma ilə 133 matça çıxıb. O, 4 dünya çempionatında (2010, 2014, 2018, 2022) iştirakçısıdır. Myslera 2011-ci ildə Amerika Kubokunun qalibi olub.

Toğrul

Seçilən
15
2
fanat.az

3Mənbələr