AZ

Azərbaycan millisi seçmə mərhələdə ilk oyununa çıxır

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan yığmamız Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşacaq.

“Xristo Botev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
8
unikal.az

10Mənbələr