AZ

İrakli Kobaxidze müsəlman icmasını təbrik etdi: Bu qardaş dəstəyini unutmayacağıq

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tbilisi, 24 mart, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin müsəlman vətəndaşlarını Ramazan və Novruz bayramları münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin bəyanatında builki bayramların Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə bağlı milli matəm günlərinə təsadüf etdiyi vurğulanıb. İrakli Kobaxidze müsəlman icmasına belə bir ağır dönəmdə nümayiş etdirdikləri həmrəyliyə görə minnətdarlığını bildirib: “Səmimi başsağlığına və matəm günlərində bayram tədbirlərini təxirə saldıqlarına görə müsəlman icmasına xüsusi təşəkkür edirik. Biz bu qardaşlıq dəstəyini heç vaxt unutmayacağıq”.

Baş nazir qeyd edib ki, həm kədərli, həm də sevincli günlərdə vahid olmaq ölkə birliyinin təməlidir. O, əsrlər boyu müxtəlif icmaların Gürcüstan tarixini birlikdə yazdıqlarını və gələcək nəsillər üçün daha rifahlı dövlət qurduqlarını diqqətə çatdırıb.

Bəyanatda, həmçinin II İlyanın müsəlman icmasına hər zaman böyük hörmətlə yanaşdığı, onun dinc birgəyaşayış və tolerantlıq nümunəsi olduğu qeyd edilib. Kobaxidze bu irsin qorunub saxlanılmasının vacibliyini xatırladıb.

Sonda Baş nazir müsəlman icmasına sülh, cansağlığı və firavanlıq arzulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
3
azertag.az

4Mənbələr