AZ

Qonşusu “Velizar”dan polisə şikayət etdi - Video

TikTok-da “Velizarofficial” adı ilə tanınan Salman Məmmədovdan qonşusu polisə şikayət edib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda “Velizar” özü deyib. O, canlı yayımda olarkən qapı döyülüb və polis qonşuların şikayət etdiyini deyib. Buna səbəb isə onun gecə saatlarında musiqiyə yüksək səs verməsi olub.

“Hazırda heç bir narahatlıq yoxdur. Musiqi səsinə görə qonşu heç komendanta da xəbərdarlıq etmədən birbaşa polisə şikayət verib. Mən bu evə elə səsə görə köçmüşdüm. Qonşum məni izləyirsə, demək istəyirəm ki, heç olmasa komendanta bildirərdi, mənə də xəbərdarlıq edərdilər. Əgər davam etsəydim, onda şikayət edərdiniz. Gedib ərizəmi yazıb gəldim, sadəcə çox həyəcan keçirdim” deyə, tiktoker əlavə edib.

Qeyd edək ki, bir müddət öncə “Velizar” barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilmişdi. O, müvafiq qərarla inzibati qaydada 30 gün müddətinə həbs olunmuşdu. /Axsam.az


Telegram kanalımız
Seçilən
32
8
yenisabah.az

10Mənbələr