AZ

Velizar-ı polisə şikayət ETDİLƏR

Bir müddət əvvəl həbs edilən “Velizar” ləqəbi ilə tanınan tiktoker Salman Məmmədov yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə ondan şikayət edən qonşusu olub. Ajans.az xəbər verir ki, narazılığa səbəb tiktokerin gecə saatlarında yüksək səslə musiqi qoşaraq “TikTok” platformasında canlı yayımlar açmasıdır. Qonşular bunun onların istirahətinə mane olduğunu bildiriblər. O bildirib ki, gecə saat 00-dan 03-ə qədər canlı yayımda olub musiqi qoşduğu üçün alt mərtəbədə yaşayan qonşusu ondan polisə şikayət edib:
“Hazırda heç bir narahatlıq yoxdur. Musiqi səsinə görə qonşu heç komendanta da xəbərdarlıq etmədən birbaşa polisə şikayət verib. Mən bu evə elə səsə görə köçmüşdüm. Qonşum məni izləyirsə, demək istəyirəm ki, heç olmasa komendanta bildirərdi, mənə də xəbərdarlıq edərdilər. Əgər davam etsəydim, onda şikayət edərdiniz. Gedib ərizəmi yazıb gəldim, sadəcə çox həyəcan keçirdim”.

Seçilən
26
1
Ajans.az

10Mənbələr