AZ

Gürcüstandan Azərbaycan vətəndaşları deportasiya edildilər KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 105 xarici vətəndaşı ölkədən deportasiya edib.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-in sosial şəbəkə hesabında məlumat verilib.

Məlumata görə, Türkiyə, Hindistan, Çin, Rusiya, Türkmənistan, Azərbaycan, İordaniya, Mərakeş, Banqladeş, Myanma, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Belarus, Misir, Livan, Nepal, Sudan və digər ölkələrdən olan 105 əcnəbi ölkədən çıxarılıb.

Cari ilin statistik məlumatlarına əsasən, Gürcüstandan 806 nəfər xarici ölkə vətəndaşı deportasiya edilib.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
12
konkret.az

10Mənbələr